Bağdadda təhlükəsizilik qüvvələri etirazçılara atəş açıblar, ölən və yaralananlar var


Dünya 24 Fev 2020 08:27:00 108 0

Bağdadda təhlükəsizilik qüvvələri etirazçılara atəş açıblar, ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadda təhlükəsizilik qüvvələri hökumətə qarşı keçirilən etiraz aksiyasının iştirakçılarına atəş açıblar.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə səhiyyə və güc strukturlarındakı mənbələr bildirib.

Məlumata əsasən, insident nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Qeyd edək ki, İraqda ötən ilin oktyabr ayından yaşayışın pisləşməsinə, gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz aksiyaları keçirilir. Etiraz aksiyaları zamanı təxminən 500 nəfər həlak olub, 30 mindən artıq insan isə xəsarət alıb.