Cənubi Koreyada koronavirusa yoluxanların sayı 700 nəfəri ötdü


Dünya 24 Fev 2020 05:57:48 126 0

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 700 nəfəri ötdü

Cənubi Koreyada COVID-2019 koronavirusuna 161 yeni yoluxma hadisəsi qeydə alınıb.

Cənubi Koreyada COVID-2019 koronavirusuna 161 yeni yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 763 nəfərə çatıb. Məlumata görə, virusa yoluxmuş daha iki xəstə ölüb.

Daha əvvəl ölkə prezidenti Mun Çje İn bildirib ki, Cənubi Koreya epidemiya təhlükəsini üçüncü "narıncı" dərəcədən dördüncü “qırmızı” dərəcəyədək qaldırıb. Ölkədə ümumilikdə yeddi xəstə ölüb, 18 xəstə evə buraxılıb. Bununla yanaşı, daha 8 725 nəfərin analizləri aparılır.