Səhər yeməyi yeməyənlər üçün 5 TƏHLÜKƏ


Digərləri 23 Fev 2020 19:54:00 148 0

Səhər yeməyi yeməyənlər üçün 5 TƏHLÜKƏ

Araşdırmalar göstərir ki, yuxudan oyandıqdan sonrakı 1 saat ərzində mütləq səhər yeməyi yemək lazımdır. Çünki orqanizm 10-12 saatdan çox ac qaldıqda bir sıra sağlamlıq problemləri baş verə bilər. Səhər yeməyi bədənə enerji verir, gün ərzində özünüzü gümrah hiss etməyinizə səbəb olur.

Son.az medicina.az-a istinadən bildirir ki, səhər yeməyinin orqanizm üçün əsas 5 faydası var: 

İdeal çəkidə qalmağı təmin edir

Əgər gün ərzində xərclədiyimiz enerji miqdarı qəbul etdiyimiz kaloridən çox olarsa, arıqlamağa başlayarıq. Ona görə də insanların çoxu gün ərzində aldıqları kalori miqdarını azaltmaq məqsədi ilə səhər yeməyindən imtina edirlər. Ancaq bu tamamilə səhv addımdır. Çünki səhər yeməyi yeməyənlər gün ərzində özlərini halsız hiss etdikləri üçün hərəkət etməyə meylli olmurlar. Bu da onların daha az kalori xərcləmələri ilə nəticələnir. Üstəlik uzun müddət ac qalan orqanizm günorta və axşam yeməyində yeyilən bütün qidaları yağa çevirərək ehtiyat toplayır. Bu da kökəlməyə səbəb olur.   İnfarkt riskini azaldır

Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar səhər yeməyi yeməyənlərin infarkt keçirmək və ürək xəstəliklərinə yaxalanmaq riskinin daha yüksək olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticəsinə görə, səhər yeməyi yeyənlərdə infarkt riski 27 faizə qədər azalır. Tədqiqatçılar səhər yeməyindən imtina etdikdə qan təzyiqinin və qandakı şəkər səviyyəsinin tarazlığının pozulduğunu və buna görə də infarkt riskinin artdığını vurğulayırlar.   Yaddaşı gücləndirir

Tədqiqatlar göstərir ki, səhər yeməyi yeyənlərdə diqqət artır, yaddaş güclənir. Səhər yeməyi orqanizmi beyin üçün lazımlı enerji ilə təmin etdiyi üçün insanın öyrənmə qabiliyyəti artır.   Şəkər xəstəliyinin qarşısını alır