Bakıda hava çiskin olacaq,


Digərləri 23 Fev 2020 13:28:46 139 0

Bakıda hava çiskin olacaq,

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq.

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.