İranla sərhədində zəlzələ nəticəsində Türkiyədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb


Dünya 23 Fev 2020 12:13:00 122 0

İranla sərhədində zəlzələ nəticəsində Türkiyədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

Son.az bildirir ki, APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Van rayonunda dağıntılar altında qalan 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.