Plastik tullantıların təkrar emalının azlığına görə küllü miqdarda cərimə oluna bilər


Dünya 23 Fev 2020 07:11:00 144 0

Plastik tullantıların təkrar emalının azlığına görə küllü miqdarda cərimə oluna bilər

Gələn ildən Estoniyanın Avropa İttifaqının (Aİ) büdcəsinə töhfəsi təkrar emal üçün göndərilən plastik tullantıların miqdarından asılı olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, plastik tullantıların emalı ilə bağlı mövcud vəziyyət dəyişməzsə, ilkin hesablamalara görə, Estoniya təxminən 20 milyon avro ödəməli olacaq.

Tezliklə Brüsseldə dövlətlərin Aİ büdcəsinə töhfəsini təkrar emal üçün tullantıların həcmi ilə əlaqələndirmək təklifi müzakirə olunacaq.

Sobaya və ya yerə atılmış hər bir kilo plastik tullantı üçün ölkənin Aİ-nin büdcəsinə 80 sent ödəməsi lazım gələcək.