Cənubi Koreyada 556 nəfər koronavirusa yoluxub


Dünya 23 Fev 2020 06:14:07 135 0

Cənubi Koreyada 556 nəfər koronavirusa yoluxub

Cənubi Koreyada koronavirusa 123 yeni yoluxma hadisəsi qeydə alınıb.

Cənubi Koreyada koronavirusa 123 yeni yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb.

Bununla da koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların ümumi sayı 556 nəfərə çatıb.

Qurum qeyd edib ki, 113 yeni yoluxma halı Kyensan-Punkto vilayətində və Tequ şəhərində qeydə alınıb. 6 903 nəfərdən analizlər götürülüb, 4 nəfər dünyasını dəyişib.

Bundan əvvəl 61 yaşlı qadən koronovirusla bağlı analiz verməkdən imtina edib. Xəstə olduğu zaman qadın Tequ şəhərindəki İsa Məsihin Kilsəsində olub. Nəticədə kilsəyə gələn şəxslər arasında virusun yayılmasın səbəb olub.

Yerli hakimiyyət orqanları təriqət üzvlərinin 9 336 nəfərini karantinə alıb. Onların 566 nəfərində virus simptomları müşahidə edilir.