Türkiyədə əhalinin xoşbəxtlik göstəriciləri araşdırılıb


Digərləri 23 Fev 2020 02:30:00 133 0

Türkiyədə əhalinin xoşbəxtlik göstəriciləri araşdırılıb

Türkiyənin Statistika Komitəsi tərəfindən ölkə əhalisinin xoşbəxtlik göstəriciləri araşdırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hesablamalara əsasən ölkə əhalisinin 52,4 faizi özünü xoşbəxt hiss edir. Onların əksəriyyəti sağlam, ali təhsil almış, ailəli şəxslərdir. Sorğuda iştirak edən 65 yaşdan yuxarı şəxslər isə xoşbəxtlik hissi keçirmədiklərini bildiriblər.

Türkiyənin ən xoşbəxt şəhərləri olaraq isə Sinop, Afyonkarahisar və Bayburt müəyyən edilib.