Bu hallarda tələsmək bəyənilmir


Digərləri 22 Fev 2020 22:20:00 136 0

Bu hallarda tələsmək bəyənilmir

Müqəddəs dinimizin nəzərinə görə, bəzi hallarda tələsmək bəyənilir, bəzi hallarda isə əksinə - bəyənilməyən əməl sayılır. Bəs hansı işlərdə tələsməməliyik?

1. Danışıq və əməldə. İmam Əli (ə) İmam Həsənə (ə) buyurur: "Sənə danışan və əməl edən zaman tələsməyi qadağan edirəm".

2. Namaz. Bir nəfər İmam Əlinin (ə) yanında namazını tez bir şəkildə əda etdi və Həzrət ona baxıb buyurdu: "Nə qədər zamandır belə namaz qılırsan?".

Deyir: "Bir müddətdir".

İmam (ə) buyurur: "Allahın yanında sənin məsəlin - dimdiyini yerə vuran qarğanın məsəli kimidir. Allah qarşısındakı səcdən və mütiliyin - yerə dimdik vurmaq kimidir. Əgər belə ölsən, Peyğəmbərin (s) dinindən qeyrisində ölərsən".

3. Yemək yeyəni gözləyən zaman. İmam Əli (ə) buyurur: "Yemək yeməklə məşğul olan insanı tələsməyə vadar etməyin, o zamana qədər ki, yeməyini bitirər".

4. Həyat yoldaşı seçən zaman.

5. Tənqid etməyə hazırlaşan zaman.

6. Maşını sürən zaman.

7. Alış-veriş edən zaman.

8. Xəbər alan zaman. İmam Əli (ə) buyurur: "Söz gəzdirənlərin sözlərini təsdiq etmək üçün tələsmə, çünki onlar xaindirlər, baxmayaraq ki, xeyirxah nəsihət verənlərin libasında zahir olsalar belə".

9. Hökm verən zaman. İmam Əli (ə) buyurur: "Tələsən insanın düzgün hökm verməsi çox az hallarda olur".