Qəlbimizin aramlığına necə çata bilərik?


Digərləri 22 Fev 2020 20:20:00 131 0

Qəlbimizin aramlığına necə çata bilərik?

Aramlıq və hüzur dedikdə, insanın qəlbinin və fikirlərinin rahat olması nəzərdə tutulur. İslam dini buyurur ki, əgər qəlbi aramlığa çatmaq istəyirsənsə, bu, mümkün olan bir şeydir. Bunun üçün bəzi yollar vardır ki, onları qət etmək lazımdır.

1. Axirət azuqəsi haqqında düşünmək. İmam Əli (ə) İbni Abbasa yazdığı məktubda buyurur: "Sevincin ona görə olsun ki, axirətdə sənin üçün faydalıdır. Qəmin isə axirətdə nəyisə itirdiyinə görə olmalıdır.

O şeyi ki, dünyada əldən verirsən - təəssüflənmə. Hümmətini dünyadan sonra olan ölüm üçün saxla".

2. Dünyanın fani olmasına diqqət etmək. Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) Salman Farsiyə buyurur: "Dünya qəmini zehnindən çıxart. Çünki ondan ayrılmaq yəqininə maliksən".

3. Axirət mükafatlarına diqqət etmək. İmam Əli (ə) buyurur: "Dünyanın acılığı - axirətin şirinliyidir. Haram dünyanın şirinliyi - axirətin acılığıdır".

4. Hələ gəlməyən günün qəmini yeməmək. İmam Əli (ə) buyurur: "Ey Adəm övladı! Hələ gəlməyən günün qəmini, bu gününə əlavə etmə! Əgər hələ gəlməyən gün ömründən olarsa, Allah sənə ruzi çatdıracaqdır".