Uşaq heç vaxt xəstələnməsin deyə…


Digərləri 22 Fev 2020 20:38:00 149 0

Uşaq heç vaxt xəstələnməsin deyə…

Uşaqların immun sistemi tədricən formalaşdığı üçün onlar böyüklərlə müqayisədə daha tez-tez xəstələnir. Bu təbiidir.

Lakin uşaq xəstəliklərdən çıxmırsa, həddindən artıq tez-tez xəstələnirsə bu artıq onun orqanizmini zəiflədir, uşağın sağlam və möhkəm böyüməsinə mane olur.

Son.az saglamolun.az-a istinadən sizə tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin uşaqların daha gec-gec xəstələnməsi üçün 7 qızıl qaydanı təqdim edir:

1. Uşaq tez-tez açıq havada olmalıdır.

2. Uşağı həddindən artıq steril şəraitdə böyütməyin.

Uşaq daim steril şəraitdə saxlanılırsa onun immun sistemi "işsizlikdən" zəifləyir və daha sonra mikrob və ya virusla üzləşdikdə orqanizmi yaxşı müdafiə edə bilmir.

3. Apteklərdə satılan vitaminlərdən sui-istifadə etməyin.

Uşaq vitaminləri təbii mənbələrdən (meyvə-tərəvəz, yarmalar, süd məhsulları və s.) almalıdır.

4. Uşağı zorla yedizdirməyin.