Gədəbəy rayonunda ev yanıb


Digərləri 22 Fev 2020 20:12:00 182 0

Gədəbəy rayonunda ev yanıb

Gədəbəy rayonunun Arıqdam kəndində ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində evin ikinci mərtəbəsi və dam örtüyü 195 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.