Əfqanıstan Talibana qarşı əməliyyatları dayandırdı


Dünya 22 Fev 2020 18:57:00 182 0

Əfqanıstan Talibana qarşı əməliyyatları dayandırdı

Əfqanıstan Prezidenti Əşrəf Qəni Talibana qarşı əməliyyatların dayandırılması barədə tapşırıq verib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu qərar ABŞ və Taliban arasında sülh prosesinin dəstəklənməsi məqsədiylə qəbul edilib. Qəni bunun uzun müddətli atəşkəsin saxlanması üçün stimul ola biləcəyini söyləyib.

Talibana qarşı əməliyyatlar bir həftəlik dayandırılıb. Əşrəf Qəni Talibanla bağlı qəbul etdiyi qərarın ölkədə fəaliyyət göstərən digər terror təşkilatlarına aid edilmədiyini bildirib.

Qeyd edək ki, ABŞ-la Taliban terror qruplaşması arasında razılaşma fevralın 29-da imzalanacaq.