İran qara siyahıya ABŞa görə daxil edilib


Dünya 22 Fev 2020 18:45:00 139 0

İran qara siyahıya ABŞa görə daxil edilib

İranın Çirkli Pulların Yuyulması ilə Mübarizə Maliyyə Tədbirlərinin Hazırlanması Qrupunun (FATF) qara siyahısına daxil edilməsi siyasi addımdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər naziri Abbas Musəvi deyib.

"Təəssüf ki, bu, ABŞ, Səudiyyə Ərəbistanı və sionist rejiminin beynəlxalq mexanizmləri siyasiləşdirməsinin bir hissəsidir. Onlar istənilən məsələdən siyasi təzyiq kimi istifadə edirlər", - deyə o bildirib.