İcra başçısında koronavirus aşkarlandı


Dünya 22 Fev 2020 17:06:00 134 0

İcra başçısında koronavirus aşkarlandı

Tehranın 13-cü rayonunun icra başçısı Murtaza Rəhmanzadə koronavirusa yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, o, ötən gecə koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Analizlərinin nəticələri M. Rəhmanzadənin koronavirusa yoluxduğunu təsdiqləyib, analizlərin son nəticəsi yaxın saatlarda açıqlanacaq.

Digər tərəfdən Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncani və şuranın digər üzvləri onunla təmasda olduğu üçün koronavirusa görə analiz veriblər.

Hadisə ilə əlaqədar Tehran Şəhər Şurasının iclasları təxirə salınıb.