''Uşaq dünyaya gətirib, bütün günü yemək bişirərəm''


Digərləri 22 Fev 2020 14:29:00 175 0

''Uşaq dünyaya gətirib, bütün günü yemək bişirərəm''

Dünyaca məşhur model Cici Hadid gələcəyi haqqında danışaraq pərəstişkarlarını təəccübləndirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, pərəstişkarları modelin uzun müddətli kariyera planı qurduğunu fikirləşsə də o həyatını dəyişdirmək istədiyini deyib. İki il ayrı qaldığı sevgilisi Zayn Maliklə barışan Cici gələcəklə bağlı planlarından danışıb. 24 yaşlı model evlilik və uşaq haqqında düşündüyünü və evdə qalıb yemək bişirə biləcəyini deyib. Yaxın gələcəkdə də model kimi fəaliyyət göstərib göstərməyəcəyi haqqında dəqiq məlumat verməyən Hadid eyni zamanda çox qərarsızdır. Bu açıqlamadan sonra modelin sevgilisi ilə evlilik planı qurduğu və model olmaq istəmədiyi şaiəyələri yayılıb.