Gədəbəydən Bakıya gələn 21 yaşlı oğlan heroinlə yaxalandı


Digərləri 22 Fev 2020 13:44:00 133 0

Gədəbəydən Bakıya gələn 21 yaşlı oğlan heroinlə yaxalandı

Bakıda heroin alverçisi yaxalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gədəbəy rayon sakini, 1999-ci il təvəllüdlü E.Abdullayev saxlaılıb.

Üzərinə baxış keçirilərkən ondan 0,228 qram heroin və 0,104 qram narkotik vasitə olan metafetamin həbi aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.