Lerikdə avtomobil dərəyə aşıb,


Digərləri 22 Fev 2020 13:14:00 135 0

Lerikdə avtomobil dərəyə aşıb,

Lerikdə avtomobil dərəyə yuvarlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Orandda qeydə alınıb. Mail Rəhimovun idarə etdiyi "UAZ" markalı avtomobil dərəyə aşıb. Nəticədə ilkin məlumata görə, hadisə yerində sərnişinlər arasında olan azyaşlı dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Digər yaralılar isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Maşının idarəetmədən çıxmasına səbəb kimi yolun qarla örtülü olması göstərilirr.

Faktla bağlı araşdırma aparılır.