Koronavirusun karantin müddəti uzadılır


Dünya 22 Fev 2020 12:13:49 143 0

Koronavirusun karantin müddəti uzadılır

Çin koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeni məlumat yayıb.

© google.az

Çin koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeniməlumat yayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Hubey əyalətində 70 yaşlı kişi bu ilyanvarın 24-də koronavirusa yoluxub. Ona koronavirus diaqnozu isə fevralın 20-də qoyulub.

Bildirilib ki, həmin kişi avtomobil sürərkən infeksiyaya yoluxmuşbacısı ilə təmasda olub. Ancaq onun koronvirusa yoluxduğu 27 gün sonra ortaya çıxıb. Bu səbəbdən əyalət rəsmiləriinfeksiyasının inkubasiya dövrünün iki həftədənçox olması qənaətinə gəliblər.

Xatırladaq ki, Çində və kənarda insanların koronavirusa yoluxub-yoluxmaması müəyyənləşdirmək üçün 14 günlük karantin müddəti təyin edilirdi.

Dünyada koronavirusdan ölənlərin sayı2 300 nəfəri ötüb.