Gürcüstanda İran vətəndaşları koronavirusa görə xəstəxanaya yerləşdirildi


Dünya 22 Fev 2020 09:50:32 154 1

Gürcüstanda İran vətəndaşları koronavirusa görə xəstəxanaya yerləşdirildi

Gürcüstana gedən üç İran vətəndaşı koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb.

Gürcüstana gedən üç İran vətəndaşı koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb.

"Report”un yerli bürosu xəbər verir ki, bunuGürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin üçü də bir ailənin üzvüdür: "İran vətəndaşlarının birində temperatur və müvafiq simptomlar qeydə alınıb. Buna görə də onlar Tbilisi Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Orada müvafiq yoxlamalar aparılır".