Samsungun yenilənmiş QLED TV seriyası


Digərləri 22 Fev 2020 10:00:00 167 0

Samsungun yenilənmiş QLED TV seriyası

Samsung-un təqdim etdiyi yeni nəsil televizorların əsas fərqləndirici xüsusiyyətlərindən biri şirkətin öz istehsalı olan  - Quantum Prosessor-dur. Süni zəka üzərindən işləyən prosessor, ötürülən siqnalın keyfiyyətini 4K və ya 8K icazəli görüntüyə qədər yaxşılaşdıraraq, ekranda göstərilən səhnənin xüsusiyyətlərindən və otağın işıqlandırma səviyyəsindən asılı olaraq televizorun parlaqlığını tənzimləyir və təsviri müşayiət edən səsi optimallaşdırır. Beləliklə, burada prosessorun yerinə yetirdiyi iş, görüntünü tələb olunan icazə çərçivəsində "uzatmaqdan" daha mürəkkəbdir. Belə ki, süni zəka real vaxt çərçivəsində mənbə materialını təhlil edərək, təsvir daxilində yayılmaları azaldır, obyekt kənarlarını və  teksturalarını yenidən quraraq bununla da görüntüyə daha çox detalın əlavə edilməsini təmin edir. Buna misal olaraq, televizor nitqi fon səslərindən fərqləndirərək, tribunalardan yüksələn səs-küyü azaldır və matç zamanı şərhçinin bütün fikirlərini aydın şəkildə eşitmənizə kömək edir.

Samsung televizorlarınının ən son modellərində yüksək görüntü keyfiyyəti Ultra Black Elite adlanan, xüsusi parıltı əleyhinə örtük  sayəsində təmin edilir.  Ultra Black Elite  ekran matrisası örtüyünün üzərinə istifadə edilimiş əks etdirmə bacarığının qarşısını alan elementlərdən ibarətdir. Sadə dillə desək, yeni örtük xarici obyektlərin ekran üzərində əks olunmasına və görüntüyə müdaxilə etməsinə imkan vermir ki, nəticədə siz sadəcə gözəl təsvirdən zövq ala bilirsiniz. Burada əsas məqam ondan ibarətdir ki, ətraf mühitin işqlandırılma səviyyəsindən asılı olmayaraq panel ideal qara rəng göstəricilərinin və digər rənglərin ötülmə dəqiqiliyinin qorunub saxlanmasını təmin edir. 

Qara rəngi müzakirə edərkən qeyd etmək lazımdır ki, QLED televizorları, sayəsində sözün əsl mənasında dərin və zəngin tünd tonlardan zövq ala biləcəyiniz Quantum HDR texnologiyasını dəstəkləyir. Dinamik metadataya sahib olan texnologiya, görüntünü təhlil edərək, rəngin ötürülmə seçimlərinin, təsvirin istənilən hissəsinə uyğun ayrı ayırlıqda təzadlıq və dəqiqlik göstəricilərinin tənzimlənməsini  nəzərə alaraq, rəng diapazonunun ən incə detallarının belə ifadə olunmasını təmin edir.  Beləliklə, ötürülən səhnədə  həm qaranlıq, həm də işıqlı sahələr olsa belə, görüntünün istənilən detalından, hətta ən kiçiyindən belə, zövq ala biləcəksiniz.

Direct Full Array sayəsində isə daha da geniş və inanılmaz detalizasiyaya sahib olacaqsınız. Direct Full Array adlanan birbaşa işıqlandırma, ekranın bütöv sahəsini təhlil edərək, hər bir hissəsinin düzgün işıqlandırılmasını tənzimləyən, çoxsaylı seqmentdən ibarət matrisadır. Sadə dildə desək, yeni texnologiya parlaq sahələrdə işıqlandırmanı artıran, qaranlıq sahələrdə isə azaldan, ekran arxasında yerləşən lampalardan ibarət toru xatırladır. Nəticədə isə siz daha dərin çalarlar, daha az parlaq ləkələr və daha yüksək səviyyəli detalizasiya əldə edirsiniz.