Şamaxıda zəlzələ olub


Digərləri 22 Fev 2020 08:47:00 154 0

Şamaxıda zəlzələ olub

Bu gün Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:05-də qeydə alınıb.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.