Dərinizi qurudan amillərdən uzaq olun


Digərləri 22 Fev 2020 08:01:00 100 0

Dərinizi qurudan amillərdən uzaq olun

Qış aylarında ən çox qarşılaşdığımız dəri problemi quruluqdur. Üzlə yanaşı, qol və ayaq dərimiz də quruyur, çatlayır. Havaların soyuması qan dövranını azaldır və buna görə də bədənin hər yerinə qan yetəri qədər dövr etmir.

Eyni zamanda qış aylarında az su içirik. Dəri quruluğunun qarşısını almasanız, eqzemaya gətirib çıxaracaq.

Dəru quruluğuna səbəb olan amillər hansılardır:

Yetəri qədər su içməmək - gündə 1,5-2 litr su içməlisiniz.

Antioksidantlarla bəslənməmək - meyvə və tərəvəzləri qida rasionunuza çox daxil edin. A, C və E vitamini olan qidalar yeyin.

İsti su ilə vanna qəbul etmək - İsti su dərini qurudur. Buna görə də suyun ilıq olmasına diqqət edin.