ABŞ Türkiyədə "Patriot" komplekslərinin yerləşdirilməsi barədə hələki qərar verməyib


Dünya 22 Fev 2020 08:02:00 102 0

ABŞ Türkiyədə "Patriot" komplekslərinin yerləşdirilməsi barədə hələki qərar verməyib

ABŞ Türkiyədə müvəqqəti "Patriot" zenit-raket komplekslərinin yerləşdirilməsi barədə hələki qərar verməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ hökumətinin nümayəndəsi bildirib.

Nümayəndə deyib: "Biz Türkiyədə, Suriya ilə sərhəd yaxınlığında "Patriot" raketlərinin yerləşdirilməsi istəyindən xəbərdarıq, lakin hələki heç bir qərar qəbul edilməyib".

O qeyd edib ki, Ankara və Vaşinqton arasında bununla və Suriyanın İdlib bölgəsindəki vəziyyətlə əlaqədar danışıqlar davam edir: "İdlibdəki narahatlıq doğuran vəziyyətlə əlaqədar Türkiyə hökuməti ilə müzakirələri davam etdiririk. Əlavə məlumat üçün sizi Türkiyə hökumətinə yönləndiririk".