Dil xərçəngi nədir? SƏBƏBLƏRİ


Digərləri 21 Fev 2020 23:14:00 186 0

Dil xərçəngi nədir?  SƏBƏBLƏRİ

Ağız boşluğu, damaq, ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız, dil xərçəngi hazırda dünyada sürətlə artıq. Dünya əhalisinin 50%-i, təxminən 4 milyarda yaxın insan ağız içi xəstəliklərinə yoluxub. Ağız içinə aid xərçəng isə 15 ən geniş yayılmış onkoloji xəstəlik siyahısındadır.

Son.az medicina.az-a istinadən bildirir ki, dünya alimləri insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımı səviyyədə diqqət ayırmadıqca, problemin ciddiyətini anlamadıqca vəziyyətin daha da pisləşəcəyini söyləyirlər.

"İnsanlar hələ də başa düşmür ki, ağız içi də digər orqanlar kimidir. Ağız içindəki ağır xəstəliklər insan üçün təhlükəli və ölümcül ola bilər. Ağzımızda təkcə diş, karies olmur. İnkişaf etmiş ölkələrdə ağız içi xəstəliklərinin öncədən profilaktikasına diqqət və vaxt ayrılır, nəinki sonradan müalicəsinə".

Avropa Birliyində stomatoloji xidmət və müalicə bahalığına görə 3-cü yerdə durur. Diş, dil və ağız içi müalicəsi diabet və ürək-damar xəstəlikləri qədər vacibdir.

Dil xərçəngi yastı epitelidən ibarət olan bədxassəli şişdir. Statistikaya əsasən, dil xərçəngi əksər hallarda kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir, lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir. Şiş əsasən dilin böyür hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf edir.

Xəstəliyin əsas yaranma səbəbləri:

- Siqaret çəkmək

- Kimyəvi yanıqlar

- Spirtli içkilərin qəbulu

- Çox isti qidaların və içkilərin daim qəbulu

- İrsiyyət.