İkimərtəbəli ev yanıb


Digərləri 21 Fev 2020 22:16:00 124 0

İkimərtəbəli ev yanıb

Cəlilabad rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Çünzəli kəndində ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.