Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır


Digərləri 21 Fev 2020 19:14:00 111 0

Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır

"Etiraf edək ki, yenə də istər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu gün elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizminin yaradılması deməkdir:"Sevindirici haldır ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, Nazirliyin işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdırırlar".

I.Ibrahimova bildirib ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, müxtəlif infrastruktur layihələri icra olunur. Bu işlərin görülməsi zamanı yaşıllıqların köçürülməsi və götürülməsinə də zərurət yaranır.

I.Ibrahimova qeyd edib ki, bəzən yaşı ötmüş və qurumuş ağaclar kəsilir, lakin yerinə yüzlərlə, minlərlə ağac əkilir.