Stomatoloqun başı söhbətə qarışdı,


Dünya 21 Fev 2020 17:43:00 146 0

Stomatoloqun başı söhbətə qarışdı,

Rusiyanın Leninqrad vilayətində diş həkiminin istifadə etdiyi iynə uşağın mədəsində tapılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 12 yaşlı oğlanın dişindən siniri çıxaran zaman stomatoloqun başı başqa həkimlə söhbətə qarışıb.

Bu zaman onun istifadə etdiyi iynə uşağın boğazına gedib.

Bundan sonra uşağı danlayan həkim onun narahat olmamasını, iynənin təbii yolla xaric olacağını deyib.

Sonradan özünü pis hiss edən oğlanı valideynləri xəstəxanaya gətirib. Həkimlər uşağın mədəsində iynəni aşkar edərək çıxarmağa nail olublar.