BMTnin Baş katibi Türkiyəyə çağırış etdi FOTO


Dünya 21 Fev 2020 17:21:00 129 0

BMTnin Baş katibi Türkiyəyə çağırış etdi  FOTO

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdlibdə hücum təhlükəsi altında olan mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün çağırış edib.

Son.az xəbər verir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə daxil olan müraciətdə qeyd edilib ki, milyona yaxın insanın ciddi təhlükə altında olduğu Suriyanın İdlib vilayətində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi döyüş əməliyyatlarının dayandırılması barədə çağırışları dəstəkləyib və münaqişə bölgəsində qalan əhalinin təhlükəsiz yerlərə köçürülməsinə imkan yaradılmasından ötrü təcili addımlar atılması üçün çağırış edib.

Müraciətdə qeyd edilir ki, hesablamalara görə, son aylarda İdlibdə 900 min nəfərdən artıq insan evlərini və ya sığınacaqlarını tərk ediblər. İndi onların çoxu şimal vilayətləri olan İdlib və Hələb vilayətlərindədirlər, bu isə şaxtalı hava şəraitində onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da ağırlaşdırır.

BMT-nin Baş katibi münaqişə tərəflərini müharibə qayda-qanunlarına hörmət etməyə çağırıb: