Uşaq poliklinikasındakı yanğın söndürülüb


Digərləri 21 Fev 2020 16:53:00 113 0

Uşaq poliklinikasındakı yanğın söndürülüb

Paytaxtda uşaq poliklinikasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.

Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.