Röyadan Samirə: “Ruhun şad olsun” FOTO


Şou-biznes 21 Fev 2020 16:37:00 133 0

Röyadan Samirə: “Ruhun şad olsun”  FOTO

Xalq artisti Röya Ayxanın son paylaşımı təəccüb doğurub.

Son.az ölkə.az-a istinadən bildirir ki, arxiv fotosunu yayımlayan ifaçının paylaşımına yazdığı şərh beyinlərdə sual işarəsi yaradıb.

''Bu fotoya ailəm var deməyə haqqım var. Bu günə qədər birlikdəyik, tək Samirdən başqa. Ruhun şad olsun. Ömür yol dostlarıma da salam olsun'', - o yazıb.

Fotoda teleaparıcılar Kamilə Babayeva, Nəsib Nur, müğənnilər hacı Nazim, Sevda Yahyayeva, Səidə Sultan və Samir Cavadzadə kimi məşhurlar yer alıb. Lakin ifaçının hazırda sağ olan həmkarı Samir Cavadzadəyə yazdığı "Ruhun şad olsun" sözləri tərəflər arasında soyuq münasibətin olduğunu gözlər önünə sərib.

Xalq artisti Samir Cavadzadə ilə aralarında olan incikliyi bu sözlərlə qeyd edib.