"Qızlar düşünür ki, Həcinin pulu var"


Şou-biznes 21 Fev 2020 15:25:00 172 0

"Qızlar düşünür ki, Həcinin pulu var"

Həci olmaq gözəl hisdir. Allah hamıya qismət etsin. Həm də məsuliyyətli işdir. "Həci Emil" deyəndə istər-istəməz adam özünü yığışdırır.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Emil Bədəlov "Üçümüz" verilişində deyib. O, son günlər şou-biznesdə gündəm olan "Həci" söhbətindən bəhs edib.

Emil ona ünvanlanan "Niyə qızlar Həcilərə maraq göstərir" sualına belə cavab verib:

"Baxır niyyəti nədir. Bəlkə qız düşünür ki, Həcidir, sevsə, ona xəyanət etməz. Elə qızlar da düşünür ki, Həcidir, pulu var. Bunlar düşüncəsiz insanlardır".