Ana öz oğlunu oğurladı


Dünya 21 Fev 2020 14:47:00 133 0

Ana öz oğlunu oğurladı

İtaliyanın Florensiya əyalətində azyaşlı uşaq oğurlanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, səkkiz yaşlı uşağı Rusiya vətəndaşı olan anası və dayısı oğurlayıb.

Yeganə qəyyum olan atası onların uşağı oğurladığını görüb və polisə xəbər verib.

Qadının uşağın atası ilə yaşadığı evə yaxın yerdə ev tutduğu məlum olub. Onun evindən müxtəlif növ silahlar və partlayıcı maddələr aşkar edilərək götürülüb.