TƏBİBin sədri: ""Sahə həkimi" anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək"


Digərləri 21 Fev 2020 12:29:00 277 0

TƏBİBin sədri: ""Sahə həkimi" anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək"

"Sahə həkimi" anlayışı "ailə həkimi" anlayışı ilə əvəz ediləcək və ölkədə yaşayan hər bir ailə üçün əlçatanlıq təmin ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətlərinin ən yüksək səviyyədə olmasını tələb edir.

R.Bayramlı qeyd edib ki, TƏBİB-in strukturunda Ailə həkimliyi, ana və uşaq sağlamlığının təşkili şöbəsi yaradılıb ki, bu da bilavasitə ilkin səhiyyə xidmətlərinin təkmilləşməsi və yüksək pilləyə çatmasını təmin edəcək: