BakıAlanya reysi təxirə salındı


Digərləri 21 Fev 2020 12:19:00 186 0

BakıAlanya reysi təxirə salındı

Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb.

Son.az xəbər verir ki, bu barədə Trend "Buta Airways"ə istinadən xəbər verir.

Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.