Ət sousunda bişmiş kartof, şaftalı cemi və dondurma...


Dünya 21 Fev 2020 11:40:00 138 0

Ət sousunda bişmiş kartof, şaftalı cemi və dondurma...

ABŞ-da ömürlük həbs cəzası alan daha bir məhkum edam olunub.

Son.az Mirror-a istinadla xəbər verir ki, ömürlük azadlıqdan məhrum edilmiş məhkum 58 yaşlı Nicholas Todd Sutton elektrikli stul vasitəsi ilə öldürülüb.

4 nəfərin ölümündə təqsirkar bilinən Sutton onun edam olunmaması barədə edilən yazılı müraciətlərə baxmayaraq, dünən axşam saat 7:26-da edam olunub.

18 yaşındaykən doğma nənəsini öldürüb, cəsədini çaya atan Sutton həbsxanada çıxan üsyan zamanı həbsxana nəzarətçilərinin həyatını xilas etdiyinə görə gözətçilər onun edam olunmamasını rica ediblər. Lakin nəzarətçilərin yazılı müraciətinə baxılmayıb.

Nənəsini öldürdükdən sonra, 1979-cu ildə iki nəfəri qətlə yetirən Sutton həbsxanada da cinayət törədib. O, 1985-ci ildə uşaq zorladığına görə həbs olunan məhkum yoldaşı Carl Estepi öldürüb.