Eyfelin fonunda gözoxşayan Monika Belluçi... FOTO


Digərləri 21 Fev 2020 10:23:00 142 0

Eyfelin fonunda gözoxşayan Monika Belluçi...  FOTO

55 yaşlı aktrisa Monika Belluçi İtaliyanın "L'Officiel" jurnalının yeni xüsusi buraxılışının qəhrəmanlarından biri olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa yeni sayın üç üz qabığından birini bəzəyib və yeni fotosessiyada iştirak edib.

Çəkiliş Parisin ən məşhur hotellərinin birində - "Hotel Plaza Athenee"də baş tutub. Məkanın terrasından bütün şəhərə və onun əsas görməli yeri - Eyfel qülləsinə mənzərə açılır.

Fotoların müəllifi qismində məşhur fəşn-fotoqraf Patrik van Malder çıxış edib. "Lanvin"in tünd göy məxmər bleyzerində görüntülənən Monika qamətli ayaqlarını nümayiş etdirib. Aktrisa, həmçinin bodi, ağ-qara palto və geniş kənarları olan şlyapada kameraya poz verib.