Dünyanın sonu üçün hazırlanan "Qiyamət anbarı" ÜZƏ ÇIXDI: gizli adada toplayıb 200 il... FOTO


Digərləri 21 Fev 2020 07:28:00 182 0

Dünyanın sonu üçün hazırlanan "Qiyamət anbarı" ÜZƏ ÇIXDI: gizli adada toplayıb 200 il...  FOTO

Elm adamlarının insanlığı gözləyən fəlakətləri tək-tək açıqlamasından sonra ABŞ başda olmaqla, bir çox ölkə dünyanın sonuna hazırlaşır.

Son.az xəbər verir ki, nüvə müharibələri, dünyanın su altında qalması, zəlzələlər kimi böyük fəlakətlərdən sonra həyatın davam etməsi üçün işlər görülür. Lakin boş-boşuna bir təşəbbüs olduğu və dünyanın əlbət bir gün yox olacağı gerçəyi diqqətdən kənarda saxlanır.

Dünyanın yaşaya biləcəyi təbii fəlakətlər və antropogen təsirlərdən dolayı ortaya çıxan fəlakətlərdən sonra Yer üzünü yenidən yaratmaq və qlobal toxum ehtiyacını təmin etmək məqsədilə Norveçin sirli Svalbard adasında qurulan "Qiyamət anbarı" Şimal qütbünə 1300 km məsafədə yerləşir və "insanlığın son ümidi" adlandırılır. Qiyamətdən sonra dünyanın yox olacağı reallığını görmək istəməyənlərin ərsəyə gətirdiyi bu anbar son dövrlərdə olduqca maraq cəlb edir.

2008-ci ilin fevral ayında açılan anbar dünyanın hər bölgəsindən 250 milyon ədəd toxumu özündə birləşdirir və əlverişsiz hava şəraitindən tutmuş, ehtimal edilən bir çox hücuma qarşı dözümlü şəkildə inşa edilib. Uzunluğu 130 metr olan anbarın divarları polad bloklarla əhatələnib. 4,5 milyon növ meyvə, tərəvəz və taxıl toxumları burada qorunur. Ən dəhşətli fəlakətlərdə belə toxumların heç zərər görmədən 200 ilə yaxın yaşaya biləcəyi bildirilir.

9 milyon dollara başa gələn "Qiyamət anbarı"nın hazırda yeganə təhdid ünsürü ac qütb ayılarıdır. Bölgədə yaşayan 3 minə yaxın ayını anbardan uzaq saxlama üçün xüsusi mühafizəçilər burada xidmət edir.

Anbara ən son yerləşdirilən nümunələr arasında Ermənistandakı müxtəlif iqlim bölgələri ilə Tacikistandakı Pamir dağlarından gətirilən buğda var.