Koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB


Dünya 21 Fev 2020 05:34:00 140 0

Koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB

Çinin mərkəzi hissəsindəki Xubey əyalətində koronavirus qurbanlarının sayı artmaqda davam edir.

Çinin mərkəzi hissəsindəki Xubey əyalətində koronavirus qurbanlarının sayı artmaqda davam edir.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Regionun Gigiyena və Səhiyyə məsələləri üzrə Komitəsinin məlumatına görə, koronavirusdan ölənlərin sayı 2 144 nəfərə çatıb.

Qeyd edilir ki, əyalətdə virusa yoluxanların sayı 62,4 min nəfəri ötüb. Daha 1,4 min xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb.