İsveçrə prezidenti həmyaşıdlarını yubileyinə dəvət etdi


Dünya 21 Fev 2020 04:56:00 146 0

İsveçrə prezidenti həmyaşıdlarını yubileyinə dəvət etdi

İsveçrə prezidenti Simonetta Sommaruqa onunla eyni gündə - 1960-cı ilin 14 mayında doğulmuş həmvətənlərini özünün 60 illik yubileyinə dəvət edib.

İsveçrə prezidenti Simonetta Sommaruqa onunla eyni gündə - 1960-cı ilin 14 mayında doğulmuş həmvətənlərini özünün 60 illik yubileyinə dəvət edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Vurğulanır ki, bu il Sommaruqa özünün ad gününü İsveçrə vətəndaşlarının əhatəsində qeyd edəcək. Məlumata görə, 2020-ci ilin 14 mayında 60 yaşı tamam olanlar əyləncə mərasiminə dəvət olunub. Tədbir Bern ətrafında olacaq.

İştirakçıların sayı məhduddur. Buna görə təşkilati səbəblərlə əlaqədar iştirakla bağlı müvafiq sənədi doldurmaq və ona şəxsiyyət vəsiqəsinin fotosunu əlavə etmək lazımdır. İştiraka icazə verən sənəddə soyaddan, addan başqa, ünvan, telefon nömrəsi və elektron ünvanı da göstərmək tələb olunur.