Saç rezini qadını milyonçu etdi FOTO


Digərləri 21 Fev 2020 04:30:00 193 0

Saç rezini qadını milyonçu etdi  FOTO

"İnvisibobble" brendinin yaradıcısı bütün dünyada məşhur olan spiral yaylı saç rezinlərinin yaranması və onu milyonçu etməsi barədə sirrini bölüşüb.

Son.az bildirir ki, bu barədə "Daily Mail" xəbər yayıb.

İsveçrəli Sofi Trelles-Tvede bu rezinləri 18 yaşında olarkən universitetdə bayram tədbiri zamanı ixtira edib. Qaydalara görə, tədbirə geyimdən başqa heç nə götürmək olmazdı. Bu səbəbdən qız saçlarını yığmaq istəyəndə evdə istifadə olunmayan telefonun naqilindən istifadə edib.

Növbəti gün yuxudan ayılanda qız başının ağrımadığını görüb. Halbuki adi rezinlə saçlarını yığanda həmişə başı ağrıyırdı. O, bu barədə sevgilisinə deyir və cütlük spiral yaylı saç rezinlərinin dizaynına başlayır.

Qeyd edək ki, həmin gənc hazırda Sofinin biznes müttəfiqidir.

"Biz telefon naqilləri hazırlayan kişidən kömək istədik. "İnvisibobble" markasının ilk partiyası çox görkəmsiz alınmışdı və tanışlarım tərəfindən rişxəndlə qarşılanmışdı. Ancaq buna baxmayaraq, ruhdan düşmədik", - deyə Sofi bildirib.