Matrix 4ün çəkiliş meydançasından yeni kadrlar yayıldı – VİDEO


Digərləri 20 Fev 2020 22:40:00 138 0

Matrix 4ün çəkiliş meydançasından yeni kadrlar yayıldı – VİDEO

Həyəcanla gözlənən elmi-fantastik "Matrix 4" filminin çəkiliş meydançasından daha bir görüntü sızdırılıb.

Son.az ted.az-a istinadən bildirir ki, görüntüdə yer alan ipucları Trinitinin (Kerri-Ann Moss) Neonun (Kianu Rivs) sahib olduğuna bənzər güclər əldə etmiş ola biləcəyinə işarə vurur.

Paylaşılan video Trinitinin Neoya uçmağı öyrətdiyinə dair söyləntilərə də yol açıb. Çünki sözgedən kadrlarda aktyorlar (yaxud dublyorları) binadan aşağı atılırlar. Havada bir qədər süzdükdən sonra Triniti Neonun əlindən tutur və onlar birgə yuxarı qalxırlar.

Çəkiliş heyətinin qum torbalarını və çox güman akrobatik uçuşu təcrübədən keçirdiyi qeyd olunub. Məsələnin maraqlı tərəfi isə uçuş manevrini Neonun yox, Trinitinin etməsidir.