Görmə məhdudiyyətli türk tələbə Feysbukda işə başladı


Digərləri 20 Fev 2020 21:40:00 112 0

Görmə məhdudiyyətli türk tələbə Feysbukda işə başladı

Görmə məhdudiyyətli Burak Koray Polad Feysbukda işə başlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, görmə qabiliyyətini 6 yaşında itirən və liseyin 3-cü sinfinə qədər Ankarada təhsil alan B.Koray ABŞ-da orta təhsilini tamamladıqdan sonra universiteti də bu ölkədə oxumağa qərar verib.

Mayamidə proqram təminatı mühəndisliyi ixtisasında təhsil alan 23 yaşlı B.Koray sonuncu kursda iş üçün Feysbuka müraciət edib.

Müsahibə mərhələsindən uğurla keçən tələbə Feysbukun görmə məhdudiyyətli ilk türk proqram təminatı mühəndisi olaraq işə başlayıb.