İranPakistan sərhədində 5 pakistanlı əsgər öldürülüb


Dünya 20 Fev 2020 21:11:00 135 0

İranPakistan sərhədində 5 pakistanlı əsgər öldürülüb

Ötən gecə İran-Pakistan sərhədində silahlıların hücumu nəticəsində 5 pakistanlı əsgər öldürülüb.

Məlumatı AzadAvropa/AzadlıqRadiosu fevralın 19-da Pakistan rəsmilərindən alıb.

Anonimlik şərtilə danışan rəsmilərin sözlərinə görə, hücum edənlər "ağır silahlar"dan istifadə ediblər. Hadisə fevralın 18-də axşam Bəlucistan vilayətində baş verib.

Hücumun hədəfi olan nəzarət məntəqəsi İranla sərhədin 100 km-də, İranın cənub-şərqini Bəlucistanın paytaxtı Kvetta ilə birləşdirən əsas magistral yolda yerləşir.

Üç pakistanlı əsgər yaralanıb və xəstəxanaya aparılıb.

Pakistanın təhlükəsizlik qüvvələri hücum edənlərin yerini müəyyənləşdirmək üçün fevralın 19-da əks-əməliyyat başladıblar.