Moskvada qışın ən isti günü qeydə alınıb


Dünya 20 Fev 2020 20:44:00 142 0

Moskvada qışın ən isti günü qeydə alınıb

Fevralın 20-də Rusiyanın paytaxtı Moskva şəhərində qış fəslinin ən isti günü qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoveç bildirib.

"Moskvada 1976-cı il fevral ayının 20-də 6 dərəcə isti qeydə alınıb. Bu gün isə havanın temperaturu 7,7 dərəcəyə yüksəlib. Bununla da rekord qırılıb", - deyə aparıcı mütəxəssis vurğulayıb.