Ərdoğan: "Almaniyada 5 vətəndaşımızın öldürülməsi hadisəsini nəzarətdə saxlayırıq"


Dünya 20 Fev 2020 16:33:10 148 0

Ərdoğan: "Almaniyada 5 vətəndaşımızın öldürülməsi hadisəsini nəzarətdə saxlayırıq"

Almaniyanın Hanau şəhərində baş vermiş atışma nəticəsində ölən 11 nəfər arasında türkiyəlilər də var.

Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAlmaniyanın Hanau şəhərindəki atışmada həyatını itirən türkiyəlilərin ailəsinə başsağlığı verib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısıTürkiyənin ən böyük Millət kitabxanasının açılışında deyib.

“Almaniyanın Hanau şəhərindəki atışmada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə isə səbir diləyirəm. Başda səfirliyimiz olmaqla, bütün qurumlarımız prosesi yaxından izləyirlər. Almaniya rəsmilərinin hücumu işıqlandırmaq üçün bütün səyləri göstərəcəyinə inanıram”, deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki,Almaniyanın Hanau şəhərində baş vermiş atışma nəticəsində ölən 11 nəfərdən 5-i Türkiyə vətəndaşıdır.