Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır


Dünya 20 Fev 2020 15:00:46 159 0

Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır

Çində əcnəbilər arasında koronavirusa yoluxma hallarının sayı 29 nəfərə çatıb.

Çində əcnəbilər arasında koronavirusa yoluxma hallarının sayı 29 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurası baş katibinin müavini Dinq Sianqyanq mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən18 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb, iki nəfər dünyasını dəyişib, daha 9-nun da müalicəsi davam etdirilir.

Bununla yanaşı, ölkənin rəsmi qurumları tərəfindən koronavirusa yoluxanların vətəndaşlığı barədə açıqlama verilmədiyi də qeyd olunub.