Bu gün sərnişinlər metroya pul ödəmədən düşdülər


Digərləri 20 Fev 2020 10:45:00 150 0

Bu gün sərnişinlər metroya pul ödəmədən düşdülər

BakıKart aparatlarında problem yaşandığı üçün sərnişinlər "Neftçilər" və "Qara Qarayev" metro stansiyalarında turniketlərdən ödənişsiz olaraq keçiriliblər.

Son.az xəbər verir ki, Metropolitenin sözçüsü Bəxtiyar Məmmədov qafqazinfo-ya bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: "BakıKart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib".