"Qladiator" və "Troya" filmlərinin qəhrəmanı Con Şrepnel vəfat edib


Digərləri 20 Fev 2020 08:02:00 236 0

"Qladiator" və "Troya" filmlərinin qəhrəmanı Con Şrepnel vəfat edib

İngiltərənin teatr və kino aktyoru Con Şrepnel uzun sürən xərçəng xəstəliyindən sonra 78 yaşında vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki, aktyorun sənət dostları onun ailəsinə, o cümlədən Kral Milli Teatr truppasının və "Royal Shakespeare Company" teatr şirkətinin üzvlərinə başsağlığı verib.

"Gözəl aktyor Con Şrepnelin ölüm xəbəri bizi kədərləndirdi. O, Milli Teatrın bir çox tamaşalarında oynadı", - başsağlığında deyilib.

Xatırladaq ki, karyerası ərzində Şrepnel çox sayda filmdə rol alıb. "Qladiator", "Troya", "K-19", "Nottinq Hill" və "Qızıl Dövr" kimi filmlərdəki rolları sayəsində geniş tamaşaçı sevgisini qazanıb.