Ürək tutmaları və infarktı 2 dəfə azaldacaq üsul Kardioloqlar açıqladı


Digərləri 19 Fev 2020 23:58:00 139 0

Ürək tutmaları və infarktı 2 dəfə azaldacaq üsul  Kardioloqlar açıqladı

Kardioloqlar nəhayət ki, 5 il sürən maraqlı eksperimentin nəticəsini elan edərək, ürək tutmalarının sayını 2 dəfə azalda biləcək üsulu açıqlayıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, ürək tutması riskini 48% azaltmaq üçün həftədə 2-3 dəfə günorta yuxusu almaq kifayətdir.

Bu fikrə İsveçrə Universitetinin kardioloqları gəlib.

Təcrübədə iştirak edənlər içində həftədə 2 dəfə günorta yatanlarda ürək tutmaları 2 dəfə az olub. Maraqlıdır ki, hər gün günorta yatanlarda əksinə ürək xəstəliklərində heç bir fərq olmayıb.

Eksperimentdə 3,5 min nəfər insan iştirak etmişdir.